Bakı–Quba yolunda kompleks abadlıq işləri aparılır. Sumqayıt24 bu haqda 30 mart tarixində DünyaTV-yə istinadən xəbər verir.
Magistralın Sumqayıtdan keçən hissəsində yaşıllıqlar salınır, iməciliklər keçirilir, qanunsuz tikililərər sökülür, torpaq qatı hamarlaşdırılır. Kompleks tədbirdə İcra Hakimiyyətinin rəsmi şəxsləri, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndələri, mənzil istismar sahələri, Təmizlik Departamentinin, Memarlıq və Şəhərsalma İdarəsinin və digər tabeli qurumların əməkdaşları iştirak ediblər. Ərazi abadlaşdırılıb, səliqə-sahman yaradılıb. Yığılan tullantılar texnikalarla daşınıb.