“Korrupsiyaya qarşı mübarizəyə ictimai dəstək” layihəsi başlayıb. Sumqayıt24 bu haqda 11 iyun tarixində xəbər verir.
Proqram "İnkişafa və İslahatlara Dəstək" İB tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunub.
İctimai birliyin sədri və layihə rəhbəri Ramil Əliyev bildirib ki, məqsəd korrupsiyanın qarşısının alınması, hüquqpozmaların aşkar edilməsi, demokratik ölkə kimi öz vətəndaşlarının hüquq və azadlıqlarının təmini, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində ictimai nəzarətin, şəffaflığın, hesabatlılığın artırılmasıdır.
Layihə çərçivəsində Sumqayıtda da bir günlük maarifləndirici tədbir keçiriləcək.