Atası tərəfindən yaralanan gəncdən xəbər var. Sumqayıt24 bu haqda 29 fevral tarixində Report.az-a istinadən xəbər verir.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 25 yaşlı Məhəmmədəli Əhmədov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. O əməliyyat olunub və müalicəsi aparılır. Hazırda vəziyyəti orta ağırdır.
Qeyd edək ki, əməli törətməkdə şübhəli bilinən Arzuman Əhmədov tutulub.