Sumqayıtda avtomobillərin sayı 38% artıb. Sumqayıt24 bu haqda 13 iyun tarixində xəbər verir.
Statistika 2015-2022-ci illəri əhatə edib. Belə ki, 2015-ci ildə şəhərdə cəmi 40 min 888 avtomobil qeydiyyata alınmışdısa, 2022-ci ildə bu rəqəm 56 min 436-ya çatmışdı. Bu isə 15 min 548 ədəd avtomobil deməkdir.