Sumqayıtda minik avtomobilində yanğın olub. Bu haqda 22 aprel tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
“BMW” markalı avtomobilinin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Alov söndürülüb.