Sumqayıtda iti öldürüblər. Sumqayıt24 bu haqda 3 iyun tarixində xəbər verir.
Hadisə Xəzər bağları yaşayış massivində baş verib. İnsanların sözlərinə görə, naməlum şəxs alman çoban itini yemləyib. Dilsiz canlı çox keçmədən zəhərlənib və elə yemək qabının yanında keçinib.
Qeyd edək ki, bu, Xəzər bağlarında yaşanan ilk belə olay deyil.