Azərbaycanda stasionar mənbələrdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi açıqlanıb. Bu haqda 30 mart tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən dövrlə müqayisədə Sumqayıt şəhəri üzrə zərərli tullantıların həcmi 0,9 min ton azalıb.
2023-cü ildə stasionar mənbələrdə yaranan zərərli maddələrin 67,3%-i təmizləyici qurğular vasitəsilə zərərsizləşdirilib.