Sumqayıtda idman ustası yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib. Bu haqda 25 dekabr tarixində Sumqayıt24 Oxu.az-a istinadən məlumat verir.
Cüdo üzrə dünya və Avropa mükafatçısı, 51 yaşlı Füzuli Bağırov idarə etdiyi mopedlə hərəkətdə olarkən yol kənarındakı dirəyə çarpılıb.
Sürücü aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Mərhumun bacısı Lamiyə Bağırovanın sözlərinə görə, hadisəyə səbəb küləyin güclənməsi olub.
Faktla bağlı araşdırma aparılır.