Sumqayıtda qadınlar arasında dava olub. Sumqayıt24 bu haqda 25 dekabr tarixində Sumqayıt TV-yə istinadən xəbər verir.
Hadisə 30-cu məhəllədə yerləşən “Madonna Butik” geyim əşyaları mağazasında baş verib. Mağazada işləyən iki qadın polisə döyüldüklərini bildirib.
Araşdırma zamanı davanı 60 yaşlı Kəmalə Osmanovanın (soyad şərtidir) saldığı məlum olub. Məlumata görə, Kəmalənin oğlu idman müəllimidir. Mağazada işləyən qadınlardan birinin övladı isə onun yanına məşqə gəlir. Tərəflər arasında ödənişə görə narazılıq yaranıb. Osmanova da mağazaya gələrək digər 2 qadını döyüb, onları təhqir edib.
4-cü Polis Bölməsi tərəfindən xırda xuliqanlıq əməli ilə bağlı inzibati protokol tərtib edilib. Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Kəmalə Osmanova 50 manat cərimə olunub və sərbəst buraxılıb.