Sumqayıtda qəza olub. Sumqayıt24 bu haqda 12 iyun tarixində Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə zamanı “Hyundai Avante” və “Hyundai Elantra” markalı avtomobillər toqquşub. Şahidlərin iddiasına əsasən, qəza ara məsafəsinin düzgün təyin olunmaması səbəbindən baş verib.
Hər iki nəqliyyat vasitəsinə və bordürə ziyan dəyib. Xəsarət alan olmayıb.
Araşdırma davam edir.