Sumqayıtda avtomobil hissələri oğurlanıb. Sumqayıt24 bu haqda 25 dekabr tarixində xəbər verir.
Hadisə axşam saatlarında 9-cu mikrorayonda baş verib. İki naməlum şəxs yolun kənarında park edilmiş “Opel” markalı minik maşınının təkərlərindən diskləri çıxararaq oğurlayıblar.
Baş verənlər ərazidəki nəzarət kamerasına yansayıb.