H.Z. Tağıyev qəsəbəsində yük avtomobili yanıb. Sumqayıt24 bu haqda 6 mart tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə dünən axşam saatlarında baş verib. Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub. “KamAZ” markalı maşının kabinəsindəki alov qısa müddətdə söndürülüb. Yanğın digər hissələrə keçməyib.