Sumqayıtdakı 30 kvadratmetrlik köməkçi tikilidə yanğın baş verib. Bu haqda 22 aprel tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Tikilinin dam örtüyünün yanar konstruksiyaları 15 kv.metr sahədə yanıb. FHN-in əməkdaşları tərəfindən ətraf ərazi yanğından mühafizə olunub. Alov söndürülüb.