Uşaq Xəstəxanasında ağır əməliyyat icra olunub. Sumqayıt24 bu haqda 31 may tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.
Tibb ocağına yerləşdirilən 3 aylıq körpə anadangəlmə anal atreziya rektouretral fistuladan əziyyət çəkirdi. Uzman cərrah Araz Hüseynov və cərrah Elnur İsgəndərov mürəkkəb əməliyyatla onu müalicə ediblər.