Sumqayıtda körpə uşağı suda boğaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda 1 aprel tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Martın 31-də H.Z. Tağıyev qəsəbəsi ərazisində dəniz sahilində yaşyarımlıq Zeynəb Yeşilənin meyiti tapılıb.
Araşdırmalarla 40 yaşlı Ahmet Yeşil Turanın azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin “təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə” maddəsi ilə cinayət işi başlanıb. Yeşil Ahmet Turan şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.