Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində aksiya keçirilib. Sumqayıt24 bu haqda 24 aprel tarixində Sumqayitxeber.com-a istinadən xəbər verir.
Layihə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunub. Şagirdlər təkrar emala göndəriləcək kitab və dəftərləri təqdim edərək məktəb qarşısında toplaşıblar. Sonra onlara aksiyanın məqsədi haqqında məlumat verilib.
Liseyin müəllimi Günay Əhmədova bildirib ki, şagirdlərin bu cür tədbirlərdə iştirakı onların ətraf mühitə olan məsuliyyət hissini artırır. Gələcəkdə bu uşaqlar daha yaşıl və təmiz bir dünya qurmaq üçün lazımi bilik və bacarıqlara sahib olacaqlar.