Sumqayıtda bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin birində yanğın olub. Bu haqda 11 mart tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə 200 kv.metrlik mağazada baş verib. Obyektin yanar konstruksiyaları 25 kv.metr sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 60 kv.metr sahədə əriyib.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.