Sumqayıtda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib. Bu haqda 2 mart tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Hadisə 9-cu mikrorayonda baş verib. Şəhər sakinləri – 71 yaşlı Təfənisə Təhməzova və nəvələri – 8 yaşlı Mədinə Təhməzova və 14 yaşlı Orxan evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər.