Ekologiya və təbii sərvətlər naziri Sumqayıtda vətəndaşlarla görüşüb. Sumqayıt24 bu haqda 5 aprel tarixində xəbər verir.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Muxtar Babayev ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətləri dinləyib. Onların bir qismi yerindəcə həll olunub. Digərlərinin araşdırılması üçün qurumun məsul işçilərinə tapşırıqlar verilib.