Hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 30 may tarixində xəbər verir.
Sumqayıtda mayın 31-də havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Temperatur gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 45-55%, gündüz isə 60-70% olacaq.