“Qartal” tikinti firmasının direktoru təqdirəlayiq addım atıb. Sumqayıt24 bu haqda 8 mart tarixində Dünya TV-yə istinadən xəbər verir.
Şahin Məmmədov 47-ci məhəllədə 1, 2 və 15 saylı binada yaşayan sakinlər üçün nümunəvi məhəllə yaradıb. Burada yaşlı nəslin asudə vaxtlarını, uşaqların isə əyləncələrini səmərəli keçirmələri üçün şərait yaradılıb.
Məhəllə sakini Asif Əliyev bildirib ki, firmanın direktoru işlərə bilavasitə nəzarət edib.