Sumqayıtda "KOB Fest" sərgi-satış yarmarkası təşkil olunacaq. Sumqayıt24 bu haqda bu gün, 30 aprel tarixində İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, yarmarkanın keçirilməsində məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim etmək və satışına dəstək olmaqdır.
Yerli istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə yaradacaq yarmarkalar KOB məhsullarının daha çox satılması və tanıdılması ilə yanaşı, KOBİM-lər və təchizatçılar arasında işgüzar əlaqələrin qurulmasını, həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin satış imkanlarının genişləndirilməsini də hədəfləyir.
KOB Fest çərçivəsində sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunacaqdır.
30 may tarixində Sumqayıtda keçiriləcək festivalda iştirak etmək üçün link vasitəsilə müraciət etmək mümkündür.