Sumqayıt Dövlət Dram Teatrında “Sevgilim Sumqayıt” tamaşası nümayiş olunacaq. Bu haqda 13 mart tarixində Sumqayıt24 teatra istinadən məlumat verir.
Şəhərin 75 illik yubileyinə həsr olunmuş səhnə əsəri martın 14-ü saat 17:00-da nümayiş olunacaq. Tamaşanın müəllifi Əməkdar İncəsənət Xadimi Əli Əmirli, baş və quruluçşu rejissoru isə Xalq artisti Firudin Məhərrəmovdur.