Sumqayıt Dövlət Universitetində (SDU) təlimlər aparılır. Sumqayıt24 bu haqda 1 mart tarixində xəbər verir.
Sözügedən görüşlər MİQ-də 4-cü kurs tələbələrinə metodik dəstək göstərmək məqsədilə Filologiya fakültəsində təşkil olunub. Təlimlərə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə 49, İbtidai sinif müəllimi ixtisası üzrə 32, Məktəbəqədər təhsil ixtisası üzrə 23 tələbə qatılıblar.