Bakı–Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində iməcilik aksiyası keçirilib. Bu haqda 27 mart tarixində Sumqayıt24 DünyaTV-yə istinadən məlumat verir.
Təmizlik aksiyası Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları tərəfindən icra olunub. Ərtaf tullantılardan təmizlənib. Yığılan zibil xüsusi texnika vasitəsilə ərazidən kənarlaşdırılıb. Yaşıllığa aqrotexniki qulluq göstərilib.