Sumqayıtda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib. Bu haqda 12 dekabr tarixində Sumqayıt24 Azərtac-a istinadən məlumat verir.
Ziyarətdə Milli Məclisin Sumqayıtdan seçilən deputatları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının əməkdaşları, həmçinin ictimaiyyət nümayəndələri işirak ediblər. Onlar Heydər Əliyev parkında ucaldılmış ulu öndərin abidəsinin önünə tər güllər düzüblər və xatirəsini ehtiramla anıblar.