Sumqayıtda uşaq hündürlükdən yıxılıb. Sumqayıt24 bu haqda 5 aprel tarixində xəbər verir.
Hadisə 9-cu mikrorayon ərazisində baş verib. Şahidlərin sözlərinə görə, 5 yaşlı Eduard Mürsəlov ehtiyatsızlıq nəticəsində 7-ci mərtəbədən yerə düşüb. Əraziyə polis əməkdaşları gəliblər.
Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.