Sumqayıtda “Sosial sahədə e-xidmətlər” mövzusunda ictimai dinləmə keçirilib. Sumqayıt24 bu haqda 1 iyun tarixində xəbər verir.
Tədbir DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) tərəfindən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının binasında təşkil olunub. Burada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutlarının nümayəndələri də iştirak ediblər.
DOST RİM-in direktor müşaviri Füzuli Mehdiyev vətəndaşlara yeni elektron layihələr, sosial sahədə rəqəmsal yeniliklər, elektron xidmətlərdən istifadə prosedurlarından danışıb.
Sonda İctima Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutlarının nümayəndələri də çıxış ediblər. Vətəndaşların sualları cavablandırılıb.