Sumqayıtda gözlənilən hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 22 aprel tarixində xəbər verir.
Aprelin 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam qısamüddətli az yağış yağa bilər. Mülayim şimal-qərb küləyi əsəcək.
Temperatur gecə 14-18 dərəcə, gündüz isə 23-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40-60% olacaq.