Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Sumqayıt24 bu haqda 28 fevral tarixində Xeberle.com-a istinadən xəbər verir.
Bu gün Laçına daha 20 ailə – 78 nəfər, Zabux kəndinə isə 4 ailə – 11 nəfər köçürülüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Laçın şəhərinə qayıdan ailələrdən 3-ü (11 nəfər) Sumqayıt şəhərində yaşayıb.