Sumqayıtda yerləşən idarəyə yeni təyinat var. Sumqayıt24 bu haqda bu gün, 30 aprel tarixində xəbər verir.
Belə ki, təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən, yeni yaradılan Abşeron-Xızı Regional Təhsil İdarəsinə rəis təyin olunub. Bu vəzifəni İlhamə Abdullayeva icra edəcək. O, buna qədər Təhsil Nazirliyinin Ümumtəhsil, Məzmun və Qiymətləndirmə şöbəsinin müdir müavini olub.
Xatırladaq ki, sözügedən regional idarəyə Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları daxildir.