Sumqayıt Kimya Sənaye Parkının rezidenti yeni məhsullar istehsal edəcək. Sumqayıt24 bu haqda 1 aprel tarixində Fed.az-a istinadən xəbər verir.
"AzerFloat” QSC-də rəngli şüşə, temperlənmiş və laminə olunmuş şüşələrin istehsalı nəzərdə tutulur. Hazırda zavodda şəffaf şüşə istehsal olunur. Şirkət ötən il 93.000 ton, bu ilin yanvar-fevral aylarında isə 15.000 ton şəffaf şüşə tədarük edib.
Bu məhsullar Ukrayna, Türkiyə, Rusiya, Gürcüstan, İrlandiya, Mərakeş və ABŞ-yə ixrac olunub.