Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yeni təyinat olub. Bu haqda 10 aprel tarixində Sumqayıt24 Oxu.az-a istinadən məlumat verir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, sözügedən tibb mərkəzində Sumqayıt şəhərində yaşayan Nərgiz Əliyeva rəhbər vəzifəsini icra edəcək.
Məlumat Siyəzən İcra Hakimiyyətindən təsdiqlənib.