Abşeron–Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə inklüziv təhsil alan şagirdlərin sayı məlum olub. Bu haqda 23 aprel tarixində Sumqayıt24 AzEdu.az-a istinadən məlumat verir.
Təhsil İdarəsinin məlumatına görə, 18 şagird inklüziv təhsilə cəlb olunub. İnklüziv təhsil olan məktəblərin sırasında Xırdalandakı 3, Saraydakı 2, Sumqayıt şəhərindəki 4, 19, 21 və 25 nömrəli məktəblər yer alıb.
İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir.