Sumqayıtın peşəkar rəssamları Şuşa şəhərinə səfər ediblər. Bu haqda 23 aprel tarixində Sumqayıt24 Azərtac-a istinadən məlumat verir.
“Rəssamları özünə çəkən Azərbaycan təbiəti” layihəsi çərçivəsində rəssamlar şəhərin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.
“Sənət xadimlərinin, şairlərin, yazıçıların, musiqiçilərin, rəssamların, memarların yaradıcılığında Şuşa kifayət qədər tərənnüm olunub. Sumqayıt rəssamları bir neçə gün davam edən yaradıcı ezamiyyətdə 30 ildir əsarət altında qalan cənnət guşəmizin füsunkar mənzərəsini, gözəl təbiətimizi çəkdikləri rəsmlərdə vəsf edərək, Şuşanı tərənnüm edən rəssamlar siyahısına imza atıblar. Şuşa yenidən milli mədəniyyət beşiyi olaraq dünya mədəni irsinə öz töhfəsini verməyə davam edəcək”, – deyə Sumqayıt Dövlət Rəsm Qalereyasının müdiri Ellada Həsənova bildirib.