1 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) təlim keçirilib. Sumqayıt24 bu haqda 4 iyun tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.
Təlimçi seçilən ASM-in həkimləri Əminə Hümbətəliyeva və Gülşən Hüseynova "Yuxarı tənəffüs yollarının kəskin respirator virus infeksiyası və qrip" və "Döş qəfəsində ağrı sindromu differensial diaqnostikası" mövzularında çıxışlar ediblər.
Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.