2 nömrəli Xəstəxanada “Kliniki protokolların tətbiqi” mövzusunda təlim keçirilib. Sumqayıt24 bu haqda 27 may tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.
Tibb ocağının həkimlərindən təyin olunmuş təlimçilər anafilaktik şok, şəkərli diabet, qaraciyər sirrozu, bronxial astma barədə çıxışlar ediblər.
Görüş sual-cavab sessiyası ilə yekunlaşıb.