Sumqayıtda böyük tədbir keçiriləcək. Sumqayıt24 bu haqda 24 iyun tarixində xəbər verir.
Bayram tədbiri şəhərimizin 75 illiyi münasibətilə təşkil olunacaq. Sumqayıt Şəhər İcra Hakimiyyəti tədbirin təşkili, keçirilməsi və iştirak xərcləri ilə bağlı müsabiqə elan edib.
Xatırladaq ki, 22 noyabr 1949-cu ildə Sumqayıta şəhər statusu verilib.