Dünyaca məşhur “Diamonds of Turkey Awards”ın qala-gecəsi keçirilib. Sumqayıt24 bu haqda 3 iyun tarixində xəbər verir.
Gecədə bir çox tanınmışlara muxtəlif növ nominasiyalar üzrə mükafatlar verilib. “Sumqayıt şəhərinin peşəkar bərbəri” nominasiyasının qalibi isə Bayram Mustafayev seçilib.
Sənətə cəmi 3 il öncə gəlməsinə baxmayaraq, Bayram bir çox uğurlara imza atıb.
O, ən yaxşı usatalardan dərslər alıb, dünyaca məşhur bərbərlərin seminarlarına qatılıb.
Bayram Mustafayev hal-hazırda beynəlxalq “Top-100” lahiyəsinin iştirakçısıdır.