"Fibonaççi" intellektual yarışının Abşeron-Xızı regionu üzrə seçim mərhələsi keçirilib. Sumqayıt24 bu haqda 23 dekabr tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Birincilik Gənclər və İdman Nazirliyi və “Fibonacci Games” tərəfindən təşkil olunub. Oyunun nəticələrinə görə, Sumqayıtın "Felina" komandası birinci, "Cardinal" adlı kollektivi isə üçüncü yeri tutub. Gənclərimiz finalda iştirak hüququ qazanıblar.