Bu gün Vətən müharibəsi şəhidi Elvin Əlimərdanovun doğum günüdür.
Elvin İlham oğlu Əlimərdanov 1994-cü ilin dekabr ayının 12-də Sumqayıtda anadan olub. 6 oktyabr 2020-ci il tarixində könüllü olaraq cəbhəyə yollanan Əlimərdanov Vətən müharibəsi zamanı Suqovuşanın azad edilməsi üçün aparılan döyüş əməliyyatlarında iştirak edib. O, Ermənistan ordusunun top atəşi açması nəticəsində şəhid olub. Xırdalan şəhər Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmuş Elvin "Vətən uğrunda" medalı ilə təltif edilib.