Sumqayıt məktəbi buraxılış imtahanlarında ən yüksək nəticə göstərib. Sumqayıt24 bu haqda 20 aprel tarixində “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir.
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyasının şagirdləri (TETG) ortalama 285 bal toplayıblar. Ən yüksək, yəni 300 balı 3 nəfər yığıb. Ümumilikdə isə 46 nəfər 285-300 arası bal toplamağı bacarıb.