İlanlar sakinləri qorxuya salıb. Sumqayıt24 bu haqda 13 iyun tarixində ARB-yə istinadən xəbər verir.
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan vətəndaşlar ərazidə müxtəlif ilanların yayılmasından narahatdırlar. Onlar, hətta övladlarını küçəyə çıxarmağa ehtiyat edirlər. Həmçinin ilanlar həyətlərdəki ev quşlarını da öldürürlər.
Sakinlər aidiyyəti qurumlara müraciət etsələr də, problemin həlli istiqamətində heç bir tədbir görülməyib.