H.Z. Tağıyev qəsəbəsindəki 6 nömrəli məktəbdə təlim keçirilib. Sumqayıt24 bu haqda 7 iyun tarixində xəbər verir.
Görüş “Mühəndislərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən “İxtisasını düzgün seç – Mühəndis ol!” adlı layihə çərçivəsində təşkil edilib.
İctimai Birliyin sədri Əli Babazadə 10-cu və 11-ci sinif şagirdlərinin özlərinə uyğun ixtisas seçiminin önəmindən, bu qərarın onların təhsil, gələcək karyeralarına vacib təsir göstərdiyindən danışıb, diqqət yetirilməli nüanslara toxunub.
Təlimçilər gənclərə mühəndislik ixtisaslarından danışıb, onların suallarını cavablandırıblar.
Şagirdlərə 15 dəqiqəyə kağız və yapışqandan hündür və dayanıqlı konstruksiya qurmaq tapşırılıb. Onların komandada işləmə, məntiqi təfəkkür, mühəndis yanaşması bacarıqları yoxlanılıb.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.