Sumqayıtda "Yaşıl Gələcək" adlı sosial layihə keçiriləcək. Sumqayıt24 bu haqda 12 iyun tarixində xəbər verir.
Tədbir İcra Hakimiyyətinin dəstəyi, Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Sumqayıt şəhər Polis İdarəsi və Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən bu gün saat 11:00-da təşkil olunacaq.
Layihə çərçivəsində mərkəzin tələbələri "Nəqliyyatda enerji səmərəliliyinin artırılması" mövzusunda sürücülərə məlumatlar verəcək, bukletlər paylayacaqlar. Bu işdə onlara Polis İdarəsinin əməkdaşları dəstək olacaqlar.
Həmçinin bulvarda alternativ nəqliyyat vasitələrindən istifadənin təbliği məqsədilə veloyürüş baş tutacaq.