Sumqayıt Dövlət Universitetində (SDU) aralıq imtahanı keçirilib. Bu haqda 20 aprel tarixində Sumqayıt24 xəbər verir.
SABAH.Academy-nin təşkilatçılığı ilə həyata keçirilən imtahan “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramı çərçivəsində baş tutub.
"Viveka" strateji innovasiya məsləhətçiliyi şirkətinin həmtəsisçisi və təlim koordinatoru Emin Okutan biznes situasiya tapşırıqları üzrə tələbələrin təqdimatlarını dinləyərək müvafiq qiymətləndirmələr aparıb və qruplara lazımi tövsiyələr verib.