Sumqayıt Tibb Mərkəzinə (STM) yeni təyinat olub. Bu haqda 16 aprel tarixində Sumqayıt24 E-saglam.az-a istinadən məlumat verir.
Tanınmış cərrah, bir müddət Salyan Rayon Mərkəzi xəstəxanasının rəhbəri olmuş Ramin Qasımov STM-in direktor müavini vəzifəsini icra edəcək.
Ramin Qasımov 2012-ci ildə elmi tədqiqat işini müdafiə edərək Tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb. 2020-ci ildə Salyan Rayon xəstəxanasına direktor təyin edilmişdi.