Sumqayıtda tanınmış iş adamı dünyasını dəyişib. Bu haqda 11 aprel tarixində Sumqayıt24 xəbər verir.
İş adamı Mais Nəcəfov 68 yaşında insultdan vəfat edib.
O, 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. 1970-ci ildə Sumqayıt şəhərinə köçüb.
Mais Nəcəfov iş adamı kimi bir çox xeyriyyə işlərində iştirak edib.
1995-ci ildə Yeni Yaşma ərazisində yerləşən məscid onun təşəbbüsü ilə inşa olunub.