Sumqayıtın mərkəzində yanğın olub. Sumqayıt24 bu haqda 8 mart tarixində xəbər verir.
Hadisə günorta saatlarında baş verib. Sumqayıt Dövlət Dram Teatrının yaxınlığında yerləşən kiçik tikili qəfildən alışıb. Ətrafdakı insanlar yanğınsöndürənlə müdaxilə etmək istəsələr də, bunu bacarmayıblar. Əraziyə yetişən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları alovun qarşısını alıblar.
Məlumata görə, sözügedən tikilini fəhlələr soyunub-geyinmək üçün istifadə edirlər.
[video width="1920" height="1080" mp4="https://sumqayit24.az/storage/photos/2024/03/Sequence-04.mp4"][/video]