Əziz Əliyev adına Sumqayıt Tibb Kollecində “Qadın bir dünyadır” adlı tədbir keçirilib. Sumqayıt24 bu haqda 8 mart tarixində xəbər verir.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbirdə tələbələr rəngarəng proqramla çıxış ediblər. Sonda bir qrup fəal gənclərə təşəkkürnamə, hədiyyələr və gül-çiçəklər paylanılıb.